"Amma tribunalara 5 mindən artıq seyrçi gəlmişdi"

7 Sentyabr 2015 11:25 (UTC+04:00)

"Yenidən Odessada, belə azarkeşlər qarşısında meydana çıxmaq xoş idi. Hesab edirəm ki, yaxşı oyun alındı". Movqe.az Goal.az-a istinadən  xəbər verir ki, bu sözləri "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnı deyib.

Ukraynanın Odessa şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" hazırlığın son günündə yerli "Çernomorets" klubu ilə yoxlama oyunu (2:0) keçirib. Oyundan sonra ukraynalı qapıçı fikirlərini bölüşüb:

"Belə qarşılaşmanın azarkeşlərin də xoşuna gəldiyini düşünürəm. Yoxlama matçını bu qədər tamaşaçının izləməsi yaxşıdır. Açığı qarşılaşmada 2-3 min tamaşaçı olacağını gözləyirdim. Amma tribunalara 5 mindən artıq seyrçi gəlmişdi. "Çernomorets" gənclərdən təşkil olunan yaxşı komandadır. Onlar Premyer Liqada qalmaq üçün mübarizə aparıb, bunun öhdəsindən gələ bilərlər".