Lalə Məmmədova : " Məni görəndə fəxrlə deyərdi ki..."

7 Sentyabr 2015 11:33 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, bu haqda Əməkdar artist sosial şəbəkədə məlumat verib:


" Aldığım xəbərə görə, çox üzüldüm. Səhnəmizin pozitiv, yaraşıqlı aktyoru İlham Əsgərov dünyasını dəyişib. Mərhum sənətkar mənim yaddaşımda hər zaman gülərüz, səmimi, həyatsevər bir insan kimi qalacaq. Məni görəndə fəxrlə deyərdi ki, Lalə xanım, biz hər ikimiz Masallı torpağının yetirmələriyik. Məncə, hələ o, səhnədə öz sözünü tam olaraq deməmişdi. Allah rəhmət eləsin! "


Qeyd edək ki, aktyor dünən gecə öz evində qəflətən insult keçirməsi nəticəsində vəfat edib. 


İ. Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. O, 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyoru kimi fəaliyyət göstərib.


2006-cı ildə xalq artisti fəxri adına, 2012-ci ildən isə Prezident Mükafatına layiq görülüb.