Xalq artisti İlham Əsgərov Masallıda dəfn olunacaq

7 Sentyabr 2015 12:30 (UTC+04:00)

Ötən gün dünyasını dəyişən xalq artisti İlham Əsgərov Masallıda dəfn olunacaq.

Movqe.az xəbər verir ki, Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərovun verdiyi məlumata görə, İ. Əsgərov ailəsinin istəyi ilə Masallıda torpağa tapşırılacaq. Xalq artisti ilə vida mərasimi bu gün yaşadığı evdə - Mirəli Seyidov, 14 ünvanında olacaq.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü İ. Əsgərov sentyabrın 6-da öz evində qəflətən insult keçirməsi nəticəsində vəfat edib.