Bakıda 29 yaşlı qadın özünü öldürüb

7 Sentyabr 2015 12:40 (UTC+04:00)

Bakıda intihar hadisəsi baş verib.

Movqe.az xəbər verir ki, Nəsimi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Kazımovski küçəsi 17, mənzil 21 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1986-cı il təvəllüdlü Nigar Fazil qızı Mustafayeva yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.