"AzSığorta" Şəkidə baş verən zəlzələ ilə əlaqədar operativ qərargah açıb

7 Sentyabr 2015 14:00 (UTC+04:00)

Sentyabrın 4-də "AzSığorta" Fövqəladə Hallar Nazirliyi ilə birlikdə Şəkidə baş verən zəlzələ ilə əlaqədar operativ qərargah açıb.

Movqe.az xəbər verir ki, Şirkətdən verilən məlumata görə, "AzSığorta"nın qəza ekspertləri zərərləri qiymətləndirmək üçün ətraf rayonlara baş çəkiblər. Hal-hazırda 60-dan çox ərizə qəbul edilib və bu proses davam edir.

Şirkətdən bildirilib ki, zərərçəkənlərə ən qısa zamanda kömək göstəriləcək.

Xatırladaq ki, sentyabrın 4-də Şəkidən 29 km aralıda 7 bal gücündə zəlzələ baş verib. Mingəçevir, Yevlax, Gəncə, Göyçay və digər ətraf rayonlarda isə 5-6 bal gücündə təkanlar hiss edilib.