Bakının məşhur biznes mərkəzində ölüm hadisəsi baş verib

7 Sentyabr 2015 14:25 (UTC+04:00)

Bakının tanınmış biznes mərkəzində ölüm hadisəsi baş verib.

Movqe.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə "Caspian Plaza"da qeydə alınıb. Orada yerləşən şirkətlərdən birinin layihə rəhbəri, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Urfan Zaman oğlu Səfərov iş yerində qəfildən dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.