"Whatsapp" yeni rekorda imza atıb

7 Sentyabr 2015 16:23 (UTC+04:00)

Movqe.az xəbər verir ki, keçən ilin əvvəllərində "Facebook" tərəfindən 19 milyard dollar qarşılığında satın alınan "WhatsApp", yeni açıqlanan rəqəmlərdə sürətlə böyüməyə davam etdiyini göstərib.

"WhatsApp" tətbiqinin qurucusu Jan Koum, "Facebook"da etdiyi, "Facebook" qurucusu və CEO-su Mark Zuckerbergin də işarələndiyi bir elanda məşhur mesajlaşma xidmətinin ayda 900 milyon aktiv istifadəçiyə çatdığını söyləyib. Koum, yalnız 5 ay əvvəl, apreldə xidmətin 800 milyon istifadəçiyə çatmasını təbrik etmişdi. Tətbiqin androiddə 1 milyard dəfə yükləndiyini göz önünə alsaq, bu say o qədər də təəccüblü deyil.Qarşılaşdırma üçün "Facebook"un öz tətbiqi "Messenger"in iyun etibarilə 700 milyon aylıq aktiv istifadəçiyə çatmış olduğunu ifadə edək. Əlbəttə bunda "Messenger"in "Facebook"dan ayrı bir tətbiq olaraq təqdim edilməyə başlanmasının da payı var.

Keçən ay edilən bir araşdırma, WhatsApp istifadəçilərinin üçdə birinin Android istifadəçisi olduğunu, İOSdaki istifadəçilərin yalnız yüzdə 22-lik bir yer tuduğunu söyləmişdi. Ancaq "Whatsapp Web"in ötən ay "iPhone"-a açılması, tətbiqin "iOS"daki istifadə faizini artıra bilər.