Əqrəb bürcündən olan kişilərin,
sevdiyi qadın tipi: Cinsi baxımdan ona uyğun gələn bir qadın Əqrəb
kişisi üçün idealdır. Onun üçün xoş bir sürpriz nə ola bilər? Evə
gəldiyində qırmızı pomadanız çəkin. Sizi cəlbedici göstərən qırmızı
paltarınızı geyinin (Başqa heç bir şey etmənizə ehtiyac
yoxdur)!
Şir, sevdiyi qadın tipi: Özündən əmin,
ictimai qadınlara üstünlük verir. Şirlə yaşamaq onunla səhnə
işıqlarını paylaşmaq deməkdir. Onun üçün xoş bir sürpriz nə ola
bilər? Ən aktual partilərə dəvətnamə alın və birlikdə gedin. Sonra
da ikiniz üçün xüsusi bir parti etməniz heç də pis olmaz.
Balıq, sevdiyi qadın tipi: Vəhşi bir uşağı
xatırladan qadınlara üstünlük verirlər. Həyatın pul yığmaq üçün
deyil, yaşamaq üçün olduğunu düşünürsünüzsə, tam onun tipisiniz.
Onun üçün xoş bir sürpriz nə ola bilər? Hər dırnağınızı başqa bir
rəngə boyanın və hər rəng üçün fərqli bir sevgi oyunu
hazırlayın.
Qız, sevdiyi qadın tipi: Klassik yoldaş
olan, düşüncələrini söyləməkdən qaçınmayan qadın xoşuna gəlir. Onun
üçün xoş bir sürpriz nə ola bilər? Birlikdə dənizə gedin. Suyu çox
sevən Qız bürcü kişisi su da olduğunda rahatlaşır özünü xoşbəxt
hiss edir və suda sizi dayanmadan sevdiyini bildirər.
Buğa, sevdiyi qadın tipi: utancaq, romantik
və lüks yaşayan qızlara üstünlük verər. Onun üçün xoş bir sürpriz
nə ola bilər? Evdə şam işığında gözəl bir axşam yeməyi hazırlayın.
Öküzlər evcil kişilərdir, bu cür sürprizləri sevir. Onlar üçün
əhəmiyyətli olan keyfiyyətli mühit və diqqətlə hazırlanmış
yeməklərdir.
Əkizlər, sevdiyi qadın tipi: Utancaq
olmayan qadınlara üstünlük verir. Mütləq ki o birinci danışmağa
başlasın deyə gözləməyin, söhbəti siz də başlaya bilərsiniz. Onun
üçün xoş bir sürpriz nə ola bilər? Əkizlər bürcündən olan kişilər
ağıllı qızları sevir. Onu təsir etmək üçün bədəninizi deyil
ağılınızı istifadə edin. Hər kəsin bədənlərini istifadə etdiyi bu
dövrdə ağıl yolunu seçən bir qadın, çox xoş bir sürpriz ola
bilər.
Qoç, sevdiyi qadın tipi: İdmanla məşğul
olan, macəraçı tiplərə üstünlük verir. Onun üçün xoş bir sürpriz nə
ola bilər? Bu idmançı kişiyə gözəl bir sürpriz etmək
istəyirsinizsə, onu hər hansı bir oyuna dəvət edin və qazanan üçün
müəyyən bir mükafat planlaşdırın.
Dolça, sevdiyi qadın tipi: Ağıllı qadınları
sevir. Onu qazanmaq istəyirsinizsə hər mövzuda söhbət etməyə hazır
olmalısınız. Yəni, mədəniyyət, dünya görüşü şərtdir. Onun üçün xoş
bir sürpriz necə ola bilər? Dürüstlük onun ən çox əhəmiyyət verdiyi
xüsusiyyətlər arasındadır. Ondan nə istədiyinizi söyləməyiniz və
dürüst olmağınız, xoş bir sürpriz üçün kifayətdir
Oğlaq, sevdiyi qadın tipi: Ağıllı, ciddi
qadınlara üstünlük verir. Sizə heyran olmasını istəyirsinizsə,
həyatdan nə istədiyiniz! və onu necə əldə edəcəyinizi bilməlisiniz.
Onun üçün xoş bir sürpriz nə ola bilər? Şam işığında romantik bir
yemək hazırlayın.
Tərəzi, sevdiyi qadın tipi: Asan əldə edə
biləcəyi tiplərə üstünlük verir, çünki çox məşğul olmaqdan və
inadcıl olmaqdan çəkinir; Onun üçün xoş bir sürpriz nə ola bilər?
Onunla sevgi oyunları oynanılması xoşuna gəlir.
Oxatan, sevdiyi qadın tipi: əyləncəni və
eşqi sevən qadınları seçir. Gündə 24 saat, həftədə 7 gün diqqət
gözləməyən qadınlar onun tipidir. Onun üçün xoş bir sürpriz nə ola
bilər? Onun qədər yaxşı oyunçu olduğunuzu nümayiş etdirin Bu onu
qürurlandıracaq. Üstəlik oyunun sonunda ikiniz də
qazanacaqsınız!
Xərçəng, sevdiyi qadın tipi: Xərçəng
bürcündən olan kişiylə ünsiyyət qurmaq istəyirsinizsə, çox vaxt
evdə qalmağa və ya ulduzların altında gəzməyə hazır olun. Onun üçün
xoş sürpriz nə ola bilər? Xərçənglər göz təmasına çox böyük
əhəmiyyət verirlər. Köməyə ehtiyacınız olduğunda, bunu heç bir şey
söyləmədən, gözlərinizlə istəsəniz, mest olacaq.