Tacikistan müdafiə nazirinin keçmiş müavininin 20 tərəfdarı həbs edilib

8 Sentyabr 2015 09:45 (UTC+04:00)

Son sutka ərzində Tacikistan müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzodanın 20 tərəfdarı həbs edilib.

Movqe.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Onun sözlərinə görə, Abdulhalim Nazarzodanın tərəfdarlarından xeyli silah müsadirə edilib.

"Tək son sutka ərzində 15 Kalaşnikov avtomatı, 6 tapança, 1 qumbaraatan, 1 snayper tüfəng, çox sayda patron götürülüb", deyə mənbə bildirib.

Qeyd edək ki, bundan əvvəl Abdulhalim Nazarzoda ölkədə baş verən silahlı hücumlarda əlinin olmadığı barədə bəyanat yayıb.