Çexiyada sərnişin qatarı yük maşını ilə toqquşub, 12 nəfər xəsarət alıb

8 Sentyabr 2015 10:35 (UTC+04:00)

Çexiyanın Şluknov şəhərində sərnişin qatarı yük maşını ilə toqquşub.

Movqe.az xəbər verir ki,  nəticədə 12 nəfər xəsarət alıb.

Onlardan 4-ün vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata əsasən, DAF markalı yük avtomobili qorunmayan keçidi keçərkən qatarla toqquşub. Sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müvəqqəti olaraq dəmiryol sahəsində bütün qatarların hərəkəti dayandırılıb.