“Lufthansa” aviaşirkətinin pilotları yenidən tətilə başlayır

8 Sentyabr 2015 10:40 (UTC+04:00)

Almaniyanın "Lufthansa" aviaşirkətinin törəmə şirkəti olan "Lufthansa-Germanwings"-in pilotları növbəti tətilə başlayırlar.

Movqe.az xəbər verir ki,  bunu Almaniya pilotlarının həmkarlar ittifaqı "Vereinigung Cockpit" (VC) bəyan edib.

Tətil yerli vaxtla saat 08:00-da başlayaraq, sentyabrın 9-dək davam edəcək. Pilotların növbəti tətilinə səbəb həmkarlar ittifaqı və aviaşirkət rəhbərliyi arasında uzun müddət davam edən tarif münaqişəsidir.

Tətillə əlaqədar bir çox reyslərin təxirə salınacağı gözlənilir. Martda keçirilən aksiya zamanı 74 sərnişin və 15 yük aviareysi ləğv edilmişdi.

"Lufthansa" aviaşirkətinin pilotları ilk tətili 2014-cü ilin aprelində keçirmişdilər.