Daha bir yerli filmin çəkilişləri bitir

8 Sentyabr 2015 10:43 (UTC+04:00)

Filmin yaxın vaxtlarda təhvil verilməsi nəzərdə tutulur.

Mədəniyyət və Turizm Nazirliyindən Movqe.az-a bildirilib ki, "Qırmızı bağ" filminin ssenari müəllifi və rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonit Karpov, bəstəkarı Salman Qəmbərov, prodüserləri Müşfiq Hətəmov ("Azərbaycanfilm") və Timur Vaynşteyndir ("WaytMedia").

Filmin çəkilişlərinə Azərbaycan və Rusiya aktyorları cəlb ediliblər. Əsas rollarda Maksud Məmməmov, Gülzar Qurbanova, Xanlar Həşimzadə, İlham Hüseynov, Razis İbrahimov və Şəki məktəblisi Taleh Bədiiyev çəkiliblər.