Gəncədə Əli və Ninonun heykəli ucaldılacaq

8 Sentyabr 2015 11:03 (UTC+04:00)

Movqe.az Kəpəz TV –yə istinadən xəbər verir ki, Gəncəçayın sağ sahilində salınan "Əli və Nino" parkında yerləşəcək memarlıq əsərində beton-konstruksiya işləri aparılır. Qurban Səidin müəllifi olduğu "Əli və Nino" əsəri əsasında yaradılan heykəllərin hündürlüyü 3.5 metr təşkil edəcək. 


Kompleksdə işlərin 2 aya kimi yekunlaşdırılması nəzərdə tutulur. Memarı Cahid Həsənov olan və azərbaycanlı və gürcü gənclərin sevgisinə həsr edilən abidə Azərbaycandan öncə Çin, Fransa və Gürcüstanda ucaldılıb.