Mərkəzi sinir sitemimizin əsas hissəsi olan beynimiz haqqında bəlkə də çox az şey bilirik.
Movqe.az sizin üçün beyin haqqında maraqlı məlumatlar təqdim edir.
Bu məlumatları oxuduqdan sonra özünü elm xadimi kimi hiss edə bilərsiniz.
Alimlərə görə, insan beyni 25 yaşında yetkinlik qazanır. Ancaq qanunlar bunu əsasən 18 olaraq müəyyən edib.
Beynimizi tam işlədə bilməməyimiz tamamilə
uydurma bir fikirdir. İnsan beynini 100% istifadə edir.
Beynimizdə "gyri" adı verilən beyin
qırışıqları var. Meditasiya ilə artırıla bilən bu qırışlar, düşüncə
yaradan neyronların hərəkət etməsinə kömək edir.
Artıq sübut olunub ki, əslində insan beyninin
yarısı ilə yaşaya bilər.
Beyin əməliyyatları əsasən xəstə yatırılmadan
həyata keçirilir. Çünki beyində ağrı alıcıları yoxdur.
Beynimizdə dünyanın ətrafını 4 dəfə dolanacaq
qədər, 160 000 km uzunluğunda sinir reaksiyalarını çatdıran
aksonlar mövcuddur.
İlk insandan bu günə qədər insan beyni
dayanmadan balacalaşsa da məhsuldarlığı artmaqdadır.
Beynimiz 3 milyondan artıq filmi yaddaşında
tuta bilər.
Beynin istehsal etdiyi enerji ilə 25 voltluq
lampanı rahatlıqla işlətmək mümkündür.
Beyində boz maddələr var və bu maddə bəzi
insanlarda daha çoxdur. Bu maddənin çox olduğu insanların dil
götürmə qabiliyyəti daha yaxşıdır.