Səyyar “ASAN xidmət” Samux, Xızı rayonlarında və Zirə qəsəbəsində xidmət göstərəcək

8 Sentyabr 2015 13:40 (UTC+04:00)

Səyyar "ASAN xidmət" sentyabrın 8-dən Samux və Xızı rayonlarında, Xəzər rayonu Zirə qəsəbəsində əhaliyə xidmətlər göstərəcək.

Movqe.az xəbər verir ki, xidmətdən verilən məlumata görə, "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.

Samux və Göygöl rayonlarının sakinlərisentyabrın 8-dən 22-dəkSamuxda, Xızı və Siyəzən rayonlarının sakinləri eyni tarixdə Xızıda, Zirə qəsəbəsininsakinləri 8-17 sentyabrtarixlərində ASAN xidmətdən yararlana biləcəklər.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi  tərəfindən təqdim olunur.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Qeyd edək ki, cari ilin sonuna kimi Səyyar ASAN xidmət bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.