Göyçay sakini narkotikə görə tutulub

8 Sentyabr 2015 14:05 (UTC+04:00)

Göyçay sakini narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılmasına görə tutulub.

Movqe.az xəbər verir ki, Göyçay şəhərinin Əli Kərim küçəsindəki 3 saylı mənzildə yaşayan 1986-cı il təvəllüdlü Allahverdiyev Nurlan Şahin Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən çəkisi 5.92 qram olan qurudulmuş marixuana götürülüb.

Nurlan Allahverdiyev tutularaq Göyçay RPŞ-nın istintaq bölməsinə təhvil verilib və barəsində cinayət işi başlanıb, araşdırma aparılır.