Səhlənkarlıq edərək bir nəfərin ölümünə səbəb olan rəis müavininə hökm oxunub

8 Sentyabr 2015 14:25 (UTC+04:00)

Sumqayıt Apellyasiya Məhkəməsində Ceyhun Əzməmmədivun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Movqe.az xəbər verir ki,  məhkəmədə qərar elan edilib. Qərara görə, şikayət təmin olunmayıb.

İttiham aktına görə, C. Əzəmmədov "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismarı Sahəsində xidmət rəisinin müavini - sahə ustası işlədiyi müddətdə Sumqayıt şəhəri Corat qəsəbəsi, 77-ci məhəllə, ev 155 ünvanında hamam otağında mövcud olan şəraitin normaların tələblərinə uyğun olmadığı halda su qızdırıcının istismarına yol verib və və qaz avadanlıqlarının istismar olunduğu şərait barədə Qaz İstismarı Sahəsinə düzgün məlumat verməyib. Bununla da "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nı "Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə təlimat"ı pozaraq işə laqeyd münasibəti göstərib. Nəticədə həmin ünvanda yaşayan Severova Lyudmila İvanovna hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb. C. Əzməmmədov onun ölümünə səbəb olan səhlənkarlıq etdiyi üçün istintaqa cəlb olunub.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə C. Əzməmmədov 1 il müddətinə azadlıqdan məhrum edilib. Lakin o, həmin hökmdən narazı qalaraq barəsində bəraət hökmünün çıxarılması üçün apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.