Bakıda soyğunçuluq və quldurluqda şübhəli bilinən şəxslər tutulub

8 Sentyabr 2015 14:30 (UTC+04:00)

Bakıda soyğunçuluq və quldurluqda şübhəli bilinən şəxslər tutulub.

Movqe.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Pirallahı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 7-də saat 16:30 radələrində "Laçın" mağazasının qızıl satışı şöbəsində Nərminə Cəlilovadan bir çüt qızıl sırğanı soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunan, 1972-ci il təvəllüdlü Zahid Tofiq oğlu Qarayev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Binəqədi rayonunda isə quldurluqda şübhəli bilinən şəxs tutulub. Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 3-də saat 21 radələrində 28 May qəsəbəsində Akifə Əsgərovaya qarşı bıçaqla hədə-qorxu gələrək 50 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən qohumu, əvvəllər məhkum olunan 1982-ci il təvəllüdlü İlham Zahir oğlu Qədirov tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.