DİN Qubada 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

8 Sentyabr 2015 15:45 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) Qubada baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Movqe.az-ın  nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 7-də saat 22 radələrində Quba rayonunun H..Zərdabi qəsəbəsində Sumqayıt şəhər sakini Seymur Qəribov idarə etdiyi "Hyundai" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və sərnişinləri - Xaçmaz şəhər sakinləri - Cəlal Hüseynov, Emil Rəhimov hadisə yerində ölüblər.


Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.