Abşeronda polis postu yaxınlığında törədilən qətllə bağlı cinayət işi başlanıb

8 Sentyabr 2015 16:05 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) Abşeronda polis postu yaxınlığında törədilən qətllə bağlı məlumat yayıb.

Movqe.az-ın  nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 7-də saat 10 radələrində Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri (boğma və döyülmə üçün xarakterik) olan 25-30 yaşlı kişi meyiti tapılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Abşeron Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.