Şimali İraqa hava hücumu

8 Sentyabr 2015 14:48 (UTC+04:00)

Movqe.az türk mətbuatına isrinadən xəbər verir ki ,Hakkaridəki terror hücumunun ardından F-16 və F-4 təyyarələri ilə edilən bombardumanda İraqın şimalına qaçan qrupdakı 35-40 terroristin təsirsiz hala gətirildiyi öyrənilib. Alınan məlumata görə, Dağlıca bölgəsinə edilən hücumun ardından Türk Hava qüvvələrinə aid 35 F-16 və 18 F-4 döyüş təyyarələri İraqın şimalına qaçan terrorist qrupun qolları üzərinə və İraqın şimalında olan Şam, Hakkurk, Avaşin, Metina, Basyan , Gare və Zap düşərgələrindəki hədəflərə gecə 23.00 ilə 05.00 saatları arasında sıx hava bombardumanı təşkil edib.


Düşərgələrdə təsbit edilən 20 hədəfə 130 sursat atılıb. Türkiyədən qaçan 20-25 nəfərlik iki qrup da atəşə tutulub. İlk təyin etmələrə görə, 35-40 terroristin təsirsiz hala gətirildiyi müəyyən olunub. Hədəflər tam dəqiqliklə vurularaq tamamilə məhv edilib. Düşərgələrdə da çox sayda terroristin təsirsiz hala gətirildiyi qeyd edilib.