Salat suriyalılar üçün artıq əlçatmaz yeməyə çevrilib

6 Oktyabr 2012 18:05 (UTC+04:00)
Movqe.Az bildirir ki, Keçən il Mart ayından bəri hadisələrin davam etdiyi Suriyada bəzi tərəvəzlərin qiyməti 5 qat artıb. Suriyalılar xiyar, pomidor, kahı kimi tərəvəzləri artıq ala bilmirlər. Tərəvəz ala biləcək pulu tapa bilməyən suriyalılara Kənd Təsərrüfatı naziri Subhi Abdullah da fərqli bir təklif gəlib. Abdullah, suriyalılar artıq öz tərəvəzlərini özləri yetişdirməli və öz heyvanlarını bəsləməlidirlər. Suriyanın müharibə şəraitində olduğunu söyləyən Abdullah, bütün resursların bir yerdə toplanması lazım olduğunu bildirib. Bununla birlikdə avtomobil satıcıları və texnologiya mağazalarında işləyənlər də artıq heç satış edə bilmədiklərini, xalqın yalnız yemək-içmək kimi təməl məhsullara pul xərclədiyini bildiriblər.