Şirvanda bələdiyyələrlə bağlı regional seminar keçirilir

8 Sentyabr 2015 16:20 (UTC+04:00)

Şirvanda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ)və Şirvan Ədliyyə şöbəsinin bələdiyyələrlə iş üzrə mərkəzinin birgə təşkilatçılığı ilə seminar keçirilir.

Movqe.az APA-yua istinadən xəbər verir ki, seminarda Şirvan şəhəri, Hacıqabul və Sabirabad rayonlarından 42 bələdiyyə sədri iştirak edir. İki gün davam edəcək seminar, GİZ tərəfindən "Yerli özünüidarəetmə Proqramı" layihəsinin tərkib hissəsi olaraq bələdiyyə təmsilçilərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə təşkil edilib.

Seminar zamanı "Bələdiyyələrin statusu: Hüquq və vəzifələri" və "Bələdiyyə büdcəsinin planlaşdırılması: Şəffaflıq və hesabatlılıq" mövzusunda bələdiyyə təmsilçiləri məlumatlandırılmaqla yanaşı, GİZ-in maliyyə dəstəyi ilə çap olunan eyni adlı kitabçaların təqdimatı olub. Sonda kitabçalar seminar iştirakçılarına paylanıb.

Seminar sabah digər ətraf rayonların bələdiyyə sədrlərinin iştirakı ilə davam etdiriləcək.