Türkiyə Aralıq dənizinə əlavə hərbi qüvvələr göndərir

7 Oktyabr 2012 09:53 (UTC+04:00)
Türkiyə hərbi komandanlığı Suriya ilə sərhəddə vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Aralıq dənizinə əlavə hərbi gəmi və sualtı qayıq göndərildiyini bildirib. Bu barədə APA Türkiyənin "Hürriyet" qəzetinə istinadən məlumat verir.
Məlumatda hərbi gəmilərin Qara dənizdən göndərildiyi vurğulanır.