Lombardlarda itən girovlar

9 Sentyabr 2015 10:45 (UTC+04:00)

Təcili maliyyə vəsaitiən ehtiyac duyanların üz tutduqları əsas məkanlardan biri də lombardlardır. İndi ölkədə bu qəbildən olan qurumların sayının artması müşahidə olunmaqdadır. Amma burada müyəyyən problemlər də özünü göstərir. Söhbət lombard sahiblərinin yüksək faizlə borj verdiyi vətəndaş qarşısında öhdəlyini icra etmədən belə demək mümkünsə, foxa çıxmasından gedir.

Müəyyən vaxtlarda belə hadisələrə rast gəlinib. Məsələn, ik il yarım bundan əvvəl Bakının Nizami rayonu ərazisində, daha dəqiq metronun "Neftçilər" stansiyası yaxınlığında fəaliyyət göstərən lombardlardan birinin sahibi camaatın qızılını-pulunu götürrək yoxa çıxıb.

Analoji hadisə bu dəfə Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 192 ünvanında fəaliyyət göstərən lombardla bağlı qeydə alınıb. ANS TV-nin məlumatına görə, vətəndaşlar deyilən ünvanda lombard kimi fəaliyyət göstərən şəxsin xidmətlərindən xeyli müddət yararlanıblar. Fərqli vaxtlarda qızıllarını girov qoyaraq, müxtəlif məbləğlərdə nağd pul da götürüblər. Günün birində borcunu verib qızıllarını almaq üçün bura üz tutanda, lombard sahibinin obyekti bağlayaraq, yoxa çıxdığını görüblər. Divara vurulmuş yazıdan isə belə bəlli olub ki, borclular malları ilə bağlı "Zamin bank"a müraciət etməlidir. Şikayətçilərin sözlərinə görə, Alaz Tahirə Məmmədova adlı lombard sahibinin telefonuna zəng çatmadığından, onların işləri daha da çətinləşib.

Şikayətçilər banka üz tutsalar da, qızıllarını geri ala bilməyiblər. Yaranmış vəziyyətlə bağlı bankdan bildiriblər ki, bankın müştərisi qismində vətəndaşlar yox, Alaz Tahirə xanımdır. O da borcunu ödəmədiyi təqdirdə sakinlərin müraciətinə baxıla bilməz. Hətta adıçəkilən xanım borcunu gecikdirdiyi üçün, bank tərəfindən tədbirlərin də görüldüyü əlavə edilib. Məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsindən bildiriblər ki, artıq vətəndaşların şikayət ərizələri qəbul edilməkdədir. Onlar toplanılıb baxıldıqdan sonra, faktla bağlı araşdlrmalara başlanılacaq.

Qeyd edək ki, lombardlar kredit verərkən iş yerindən arayış tələb etmədiyindən, bu, vətəndaşların kredit götürməklə bağlı işlərini daha yüngülləşdirir və onlar kredit faizlərinin yüksək olmasına o qədər də əhəmiyyət vermirlər. Bu amillər vətəndaşların lombarddan daha çox istifadə etməsinə şərait yaradır. Qeyd olunan kontestdə isə son dövrlərdə yüksək faizlə borc verən lombardların bazarı genişlənir. Hesablamalara görə, 2011-ci ildə Azərbaycanda təxminən 600 lombard fəaliyyət göstərirdisə, ötən ildən onların sayı 2 dəfə artaraq 1200-ə çatıb. Mərkəzi Bank və ya Maliyyə Nazirliyi qarşısında heç bir məsuliyyət daşımayan bu qurumların çoxalmasının isə müxtəlif səbəbləri var. Yuxarıda qeyd olunduğu kimi əsas səbəb banklarla müqayisədə lombardlardan kredit götürmək daha asandır və vaxt tələb etmir. Amma burada girovların qiymətləndirilməsi problemi var. Belə ki, götürülən məbləğin ən azı ikiqat dəyərində girov qoyulması az qala bütün lombardlarda əsas şərtlərdəndir. Məsələn, 1000 manat borc qarşılığında 2000 manat zinət əşyası qəbul edilir. Halbuki, girovu qiymətləndirən müstəqil tərəf olmalıdır, nə lombardın, nə də müştərinin maraqlarını güdməməlidir və real qiymət təyin etməlidir. Girova istədyi qiyməti təyin edən lombardalırn bəzən yoxa çıxması isə daha ciddi problemdir. Elə bu səbəbdən lombardalra nəzarətin gücləndirilməsi vacib hesab olunur. Hansısa balaca otaqlarda məskunlaşan lombardlar istənilən zaman itə və ya yerlərini dəyişə bilirlər. Bu baxımdan, bu sahədə xidmətin davamlılığı və təminatı ilə bağlı ciddi risklər qalmaqdadır. Vətəndaşlar bahalı girovlarını lombarda təqdim edir, pul götürür və müəyyən ödənişlər də edir, amma müəyyən müddətdən sonra lombardın ofisi bağlanır və təbii ki, sonradan onu tapmaq və girovu geri almaq əsl problemə çevrilir.

Xatırladaq ki, 2002-ci ilədək lombardlar Maliyyə Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərirdilər. Lakin həmin ildən etibarən nazirliyin lombardlara nəzarəti aradan qaldırılıb. Amma həmin il qeyd olunan fəaliyyət növünü lisenziyalaşdırılması dayandırılaraq, nazirliyin siyahısından çıxarılıb. İndi hüquqi və fiziki şəxslərin sərbəst fəaliyyət növünə çevrilmiş lombardların fəaliyyəti Mülki Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. Onlar yerli vergi idarəsində qeydiyyatdan keçərək fəaliyyətə başlayır və öhdəliyi sadəcə zamanında vergini ödəməkdir. Kredit verən kommersiya bankların və hətta bank olmayan kredit təşkilatlarının fəaliyyəti ilə bağlı konkret tələblər varsa, qanunvericikdə lombardlar üçün belə tələblər yoxdur. Lakin yuxarıda qeyd olunan hallar fonunda lombardlara artıq daha citddi şəkildə nəzarət həyata keçrilməsinə ehtiyac var.