Bu günə gözlənilən hava şəraiti
7 Oktyabr 2012 12:13 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin
məlumatına görə Bakıda və Abşeron yarımadasında oktyabrın 07-də
hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün
ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi
gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 16-19, gündüz 25-29 dərəcə isti olacağı
gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə isə oktyabrın 07-də gündüz əsasən
yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Şərq küləyi
əsəcək.
Havanın temperaturunun gecə 16-21, gündüz 27-32, dağlarda gecə
8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Həftə sonu Respublika ərazisində hava şəraitinin əsasən yağmursuz
keçəcəyi, mülayim sabit hava şəraitinin davam edəcəyi
gözlənilir.