MSK-da siyasi təşkilatların səlahiyyətli nümayəndələri qeydə alınıb

8 Sentyabr 2015 18:10 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Movqe.az xəbər verir ki,  iclasda "Azadlıq 2015" siyasi partiyalar blokunun 57 səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə 6 nümayəndəsi qeydə alınıb.

Sonra Azərbaycan Demokratik İslahatlar Partiyasından (ADİP) 15, Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) 7, Azərbaycan Sosial Rifah Partiyasından 4,Müsavat Partiyasından 38, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) 10 nəfər, Azərbaycan Demokrat Partiyasından (ADP) 18 nəfər səlahiyyətli nümayəndə qeydiyyatdan keçib.