Polşa şirkəti Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər

8 Sentyabr 2015 22:00 (UTC+04:00)

Polşanın "Tines" şirkəti Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi layihəsinin həyata keçirilməsində iştirak edə bilər. Movqe.az xəbər verir ki, bunu Trend-ə "Tines" şirkətinin baş direktoru Tomaş Şuba deyib.


Onun sözlərinə görə, şirkət layihəyə Gürcüstan ərazisində qoşula bilər: "Biz uzun müddət layihəyə daxil olmağa çalışdıq, lakin buna Azərbaycan ərazisində nail ola bilmədik. İndi ona Gürcüstan ərazisində qoşulmaq imkanı mövcuddur".