MSK sədri Məzahir Pənahov Elman Rüstəmova müraciət edəcək

8 Sentyabr 2015 18:30 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova rəsmi müraciət edəcək.

Movqe.az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, müraciətində Azərbaycan Beynəlxalq Bankının və "Kapital Bank"ın rayon filiallarında namizədlər üçün xüsusi seçki hesablarının açılmasını istəyəcək.