Messiyə 8 qol lazımdır

9 Sentyabr 2015 00:00 (UTC+04:00)

Argentina millisinin üzvü Lionel Messi ölkəsinin seçməsində rekordçu olmağa çox yaxındı. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, son olaraq Boliviyayla oyunda dubl edən Messi Argentina millisində ən çox qol vuran əfsanəvi Qabriel Batistutaya çatmağa 8 qol qalıb. İndi Messi 104 oyunda 48 qol vurub. Messi millidə 2005-ci ilin avqust ayından çıxış etməyə başlayıb.

Batistuta isə 1991-2002-ci illərdə Argentina millisində 78 dəfə meydana çıxıb və 56 qol vurub.