Deputatlığa namizədlik üçün 259 nəfər müraciət edib

8 Sentyabr 2015 18:50 (UTC+04:00)

"İndiyədək 13 siyasi partiyanın və 1 siyasi blokun səlahiyyətli nümayəndələri qeydə alınıb".


Movqe.az xəbər verir ki,  bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında komissiya sədri Məzahir Pənahov deyib.


M. Pənahov bildirib ki, seçki bülletenlərinin və yaddaş kitabçalarının çapına başlanacaq. O qeyd edib ki, artıq 104 seçki dairəsi üzrə 259 nəfər deputatlığa namizədlik üçün müraciət edib.