Frida Kahlo’dan öyrənməli olduqlarımız

8 Sentyabr 2015 19:10 (UTC+04:00)

Yaratdığı avtoportretlərlə diqqət çəkən, görünüşü ilə də bir çoxunun ilham qaynağına çevrilməyi bacaran meksikalı rəssam Frida Kahlo olduqca əzablı həyat keçirsə də, gücü, sevgisi və əzmi ilə bir çoxuna nümunə olan mükəmməl qadın olub. Biz də onun xəstəlik və ağrılarla keçən həyat hekayəsindən çoxumuza dərs ola biləcək bir neçə nüansı sizinlə paylaşmaq qərarına gəldik.

Fridanın bizə öyrətdiyi həyat və sevgi dərsləri:

1. Sevgi bağışlamağı bacarmaqdır.

frida-diego_foto

Frida ilə Diego Rivera’nın münasibəti olduqca çətin idi. Riviera sevgi macəraları ilə ad çıxarmış bir adam idi və kiməsə bağlanmaqla bağlı problemləri var idi. Frida da daxil olmaqla, həyatında olmuş bütün qadınlara xəyanət etmişdi. Lakin Frida onu o qədər sevirdi ki, hər dəfə bağışlamağı bacarırdı. Buna görə inanılmaz əzablar çəksə də, sevgisindən heç vaxt əl çəkməmişdi.

2. Sevgi izahı mümkün olan bir şey deyil.

frida-kahlo-diego-rivera

Fridanın anası deyirdi: "Frida ilə Diego’nun evliliyi fil ilə qaranquşun birləşməyinə bənzəyir." Onlarolduqca fərqli insanlar idi. İyirmi yaş böyük olan Diego həqiqətən çox sərt, Frida isə göyərçin kimi incə və zərif idi. Fridanın daima aldatıldığı bu münasibət və sevgini izah etməyə çalışmaq həqiqətən də dəlilik olardı

3. Nə olmasından asılı olmayaraq, özünü sev.


150528-frida-kahlo-mn-1125_73378352ffb5d6565e7782af7b790829.nbcnews-ux-2880-1000

Frida dünyadakı standart gözəllik anlayışından uzaq bir qadın idi. Spesifik görünüşü olan bu qadının ən böyük gözəlliyi də məhz ruhu, gücü və mübarizə əzmi idi.Dəfələrlə xəyanətə uğraması, incidilməsi, yataq xəstəsi olması, həm fiziki, həm mənəvi bu qədər əzaba düçar olması Fridanı heç vaxt yıxa bilmədi. O hər zaman özünü sevməyi bacarırdı. Həyatını sənətinə həsr etdi və bununla da bizə mükəmməl əsərlər yadigar qoyub getməyi bacardı.

4. Bir məqamda isə artıq əl çəkməli olduğunu başa düşməlisən.

maxresdefault (1)Diego dayanmaq bilmirdi, onun xəyanətlərinin ardı-arası kəsilmirdi. Son məqam isə Fridanın bacısı ilə ona xəyanət etməsi oldu. Bu hadisədən sonra Frida onu tərk etdi və dörd il ondan ayrı yaşadı.

5. Tərzin və fiziki fərqliliyindən heç vaxt utanma.

Beauty-Biography-Frida-KahloFrida hərtərəfli fərqli və azad qadın idi. O, heç vaxt dövrün gözəllik standartlarına uyğunlaşmağı seçməyib, daima təbii qalmağı ən böyük gözəllik hesab edirdi. Hal-hazırda da vətəni Meksikada o gözəllik ikonası hesab edilir. Özünəməxsusluq və təbiiliyini qorumaqla diama hər kəsdən fərqli olmağı bacarırdı. O, heç kimə görə özü olmaqdan əl çəkməmişdi.

6. Həyatda bəzən planlar dəyişə bilər, bu heç də hər zaman pis deyil.

Frida-Kahlo-bedFrida əslində həkim olmaq istəyirdi. Lakin 18 yaşında keçirdiyi ağır qəza nəticəsində yatağa məhkum olur və bu zaman atasının ona hədiyyə etdiyi fırçalar həyatının yeni axışını müəyyən edir. O, daha sonralar bu fırçalarla möcüzələr yaradacaq və dünya şöhrətli rəssam olacaqdı.

7. Qadınlar əslində dərk etdiklərindən daha güclüdürlər.

frida-feminist

Frida məhz əzmi ilə qadının nələrə qadir olduğunu göstərməyi bacarmışdı. O qədər güclü və əzmli idi ki, onun bu xüsusiyyətinə ancaq heyran olmaq olardı.