"Kofi Annan planı Suriya üçün yaxşı şansdır"

15 Aprel 2012 14:30 (UTC+04:00)

Türkiyə Prezidenti Abdullah Gül Kofi Annan planının Suriya üçün çox yaxşı şans olduğunu bildirib, ona görə hər kəsin ona əməl etməsinin vacibliyini vurğulayıb. "Suriya təkcə suriyalılar üçün vacib deyil. O, bizim üçün vacibdir. Ona görə biz bu ölkədə baş verənləri yaxından izləyirik. BMT Ərəb Ölkələri Liqasının xüsusi nümayəndəsi Kofi Annanın planının uğurlu olmasını istəyirəm." Bu arada Suriyada atəşkəs rejiminin üçüncü günü bu ölkənin Türkiyə ilə sərhəddindəki Hatay bölgəsində atışma səslərinin eşidildiyi xəbər verilir. Atəş səslərinin eşidildiyi ərazidə Suriya tanklarının da yaxın məsafədən göründüyü bildirilir. Xatırladaq ki, Kofi Annan planı Suriyada tərəflərin danışıqlar masası arxasına gətirilməsi xalqın humanitar yardımla təmin olunması çağırışından ibarətdir.