Ankarada etirazçılar kürd yönümlü Xalq Demokratik Partiyasının qərargahına hücum edib

9 Sentyabr 2015 09:45 (UTC+04:00)

Ankarada kürd yönümlü Xalq Demokratik Partiyasının qərargahı etirazçıların hücumuna məruz qalıb.


Movqe.az xəbər verir ki,  etirazçılar qərargah yerləşdiyi binanı daş-qalaq edərək, ofisin şüşələrini qırıb. Polis insidenti şərh etmir. Agentlik kürd yönümlü partiyanın qərargahına edilən basqını son PKK terrorçularının törətdikləri qanlı hücumlarla əlaqələndirir. Xatırladaq ki, ötən gün terrorçuların Hakkari vilayətinin Yüksəkova rayonu ərazisindəki Dağlıca zastavasına törətdiyi partlayış nəticəsində16 əsgər şəhid olub.