Macarıstan polisi qaçqınlara qarşı gözyaşardıcı qazdan istifadə edib

9 Sentyabr 2015 09:50 (UTC+04:00)

Macarıstan polisi qaçqınlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Movqe.az xəbər verir ki, insident polis əməkdaşları yüzlərlə qaçqını miqrasiya düşərgəsinə yollanan avtobuslara mindirmək məqsədilə güc tətbiq etməyə başlayıb. Düşərgəyə getmək istəməyən miqrantlar polisə müqavimət göstərib, nəticədə qarşıdurma olub və polis gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, bundan əvvəl verilən məlumatda Macarıstan xüsusi xidmət orqanları qaçqınlar arasında iki terrorçunu aşkarladığı bildirib.