Rusiya Ermənistan, Qırğızıstan və Tacikistanla birgə hava hücumundan müdafiə sistemi yaratmağı planlaşdırır

9 Sentyabr 2015 10:30 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Qafqaz regionunda birgə hava hücumundan müdafiə sistemi haqqında Ermənistan-Rusiya sazişinin layihəsi dövlətdaxili razılaşdırılma mərhələsini artıq keçib və hazırda onun imzalanmasına hazırlıq işləri gedir. "Ümid edirəm ki, bu il razılaşdırma başa çatacaq", deyə Baş qərargah rəisi – Hava-Kosmik Qüvvələri komandanının birinci müavini Pavel Kuraçenko bildirib.

Qırğızıstan və Tacikistanla analoji sazişlər hazırda dövlətdaxili razılaşdırılma mərhələsindədir.

Qeyd edək ki, MDB-yə üzv olan dövlətlərin Müdafiə Nazirləri Şurasının yanında hava hücumundan müdafiə məsələləri üzrə Əlaqələndirici Komitənin növbəti iclası 2016-cı ilin aprelində Rusiyanın Tver şəhərində keçiriləcək.