Avro-2016-nın seçmə mərhələsində C, E və G qruplarında görüşlər baş tutub - NƏTİCƏLƏR

9 Sentyabr 2015 11:00 (UTC+04:00)

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində VIII tura yekun vurulub.


Movqe.az xəbər verir ki,  sonuncu matç günündə C, E və G qruplarında görüşlər baş tutub.

C qrupunda İspaniya millisi səfərdə Makedoniyaya qalib gəlib. Qrupun digər oyununda isə Slovakiya və Ukrayna yığmaları qolsuz bərabərliyə qalıblar.

E qrupunda lider İngiltərə yığması İsveçrəni məğlub edib. Digər matçda isə Estoniya Sloveniyaya uduzub.

G qrupunun lideri Avstriya səfərdə İsveçli darmadağın edib. Rusiya isə Lixteynşteyni meydana çıxdığına peşman edib.

C qrupu

Belarus – Lüksemburq - 2:0

Qol:Qordeyçuk, 34, 62

Makedoniya – İspaniya-0:1

Qol:Mata, 8

Slovakiya – Ukrayna-0:0