ABŞ və Avropa fond bazarında yenidən artım qeydə alınıb

9 Sentyabr 2015 11:15 (UTC+04:00)

Amerika fond bazarında Dow Jones indeksi 2,42% - 16 492,68 bəndədək, S&P 500 2,51% - 1 969,41 bəndədək, NASDAQ 2,73% - 4811,93 bəndədək artıb.

Movqe.az-ın məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,18% - 6146,10 bəndədək, Fransa CAC-40-ı 1,07% - 4598,26 bəndədək, Almaniya DAX-ı isə 1,61% - 10271,36 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 2,40 dollar artaraq 1123,40 dollara, gümüş isə 0,08 dollar bahalaşaraq 14,83 dollara satılıb.