Yaşıl lobya ilə cavanlaşın və ac qalmadan 1 həftəyə 5 kq arıqlayın

9 Sentyabr 2015 11:20 (UTC+04:00)

Lobya bişirilən suyu atmayın - bu su ilə üzünüzü yuyun. Bu üz dərisi üçün çox faydalıdır - dərini cavanlaşdırır, daha hamar və elastik edir.


Movqe.az xəbər verir ki, digər paxlalı bitkilər kimi, yaşıl lobya da zülallarla zəngindir. Bu zülallar orqanizm tərəfindən çox yaxşı mənimsənilir.


Lobya qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqları orada yığılan toksin, şlaklar və s. ziyanlı maddələrdən yaxşı təmizləyir, qəbizliyin qarşısını alır.


Arıqlamaq istəyirsinizsə, hər gün 1 qida qəbulunun əvəzinə 200 qr yaşıl yobya suda bişirin və yeyin (duz və yağ əlavə olunmur). Bu sadə üsulun köməyi ilə siz həm orqanizminizi təmizləyəcəksiniz, həm də arıqlayacaqsınız.


Lobyanın tərkibində olan bəzi maddələr orqanimdə piyin əriməyinə kömək edir.