Dünyanın fərqli ölkələrindən gündəlik qida rasionları

9 Sentyabr 2015 11:25 (UTC+04:00)

Dünyadakı bütün insanlar fərqlidir, onların həyat tərzləri, adət-ənənələri, seçimləri də bu fərqi özündə əks etdirir. Bu fərqi açıq-aydın sərgiləyən işlərdən birini də Amerikalı fotoqraf Peter Menzel səyahət edib, dünyada yaşayan sadə insanların yedikləri barədə məlumatlar paylaşaraq sərgiləyir. Səyyah bütün bu məlumatları "Mən nə yeyirəm: dünya ətrafında 80 nahar" kitabında toplayıb. Kitabı vərəqlədikcə bu qədər fərqli yemək adətlərinin olmasından heyrətlənməmək qeyri-mümkündür. Bu fərqlər də məhz onların həyat tərzi, peşələri, adət-ənənələrindən asılı olaraq yaranır. Təsəvvür edin ki, bu fərq gündəlik 800 kkal-dan 12300 kkal-a qədər təşkil edir!

Movqe.az Peter Menzelin bu maraqlı fotolarını sizə təqdim edir. Fotoların hər birində həmin insanların gündəlik olaraq yediyi qidalar da əks olunub.

Sale Abdul Fadpilli 

–  Misirin paytaxtı Qahirədən olan dəvə satıcısı. 40 yaşı var, boyu 172, çəkisi 74 kq-dır. Gündəlik qida rasionu 3200 kalori təşkil edir.

Robina Vayzer-Linnars,

 Almaniyanın Köln şəhərindən olan aşbaz-şirniyyatçı. Boyu 160 sm, çəkisi 65 kq-dır. Gündəlik qida rasionu 3700 kaloridir.

Konrad Tolbi,

Amerikalı yük maşını sürücüsüdür. 54 yaşı var, boyu 187, çəkisi 117 kq-dır. Onun gündəlik qida rasionu 5400 kalori təşkil edir. Hər zaman yol kənarında yerləşən fast-food –larda yemək məcburiyyətindədir. Əslində Konrad sağlam həyat tərzi barədə düşünsə yaxşı olardı, çünki artıq iki dəfə sükan arxasında olarkən ürəyi ilə bağlı ciddi problemlərlə üzləşib.

Jil Maktay

– Londonlu Cilin 31 yaşı var, boyu 165 sm, çəkisi isə 104 kq-dır. O boynuna alır ki, yemək asılılığı var. Şokoladların isə xüsusi həvəskarıdır. Onun gündəlik rasionun kaloriliyi 12300 təşkil edir.

Saada Haydar

– Yəməndən olan evdar qadın. 27 yaşı var, boyu 150 sm, çəkisi 44 kq-dır. Onun gündəlik rasionu 2700 kaloridir. Baş rahib Tibet monastrında fəaliyyət göstərir. (sağda) Onun 45 yaşı var, boyu 165 sm, çəkisi 71 kq-dır. Gündəlik rasionu 4900 kaloridir.

Takeşi Mosato

Yaponiyanın Naqoya şəhərindəndir, peşəkar sumo döyüşçüsüdür. 29 yaşı var, boyu 188 sm, çəkisi 181 kq-dır. Gündəlik rasion 3500 kalori təşkil edir. Bu qədər qida ona kifayət edir ki, döyüşçü əhval-ruhiyyəsini və çəkisini qoruyub saxlaya bilsin.

Katerina Navas

– 18 yaşlı yuxarı sinif şagirdi. Boyu 170 sm, çəkisi isə 71 kq təşkil edir. Bu foto onun Karakasa, Venesueladakı evinin damında çəkilmişdir. Onun gündəlik rasionu 4000 kalori təşkil edir.

Mariel But

– Bruklində yerləşən Nyu York Universitetinin tələbəsi, model. Onun 23 yaşı var, boyu 176 sm, çəkisi 61 kq-dır. Gündəlik rasionu 2400 kalori təşkil edir. O az qazanmasından şikayət etsə də, öz model rəfiqələrindən daha yaxşı qidalandığını düşünür.Sitarani Tiaagi– Hindistanda yaşayan asket-hindli (sağda) 70 yaşı var, boyu 168 sm, çəkisi 47 kq-dır. Gündəlik kalori qəbulu 1000-dir. Digər asketlər kimi o dərviş həyatı keçirir və inanclı insanların verdiyi qidalarla qidalanır.

Suyuy Cipen

– Şanxaydan olan frilanser-dizayner. 23 yaşı var, boyu 187 sm, çəkisi 71 kq-dır. Gündəlik rasionu 1600 kaloridir. O demək olar ki, bütün gününü kompüter arxasında internet kafedə keçirir, burada yatır və həftədə bir dəfə dostunun evində yuyunur.

Nulkisaruni Tarakuay

– Keniyadan olan evdar qadın. Həyat yoldaşının 4 arvadından 3-cüsüdür. 38 yaşı var, boyu 165 sm, çəkisi 47 kq-dır. Onun gündəlik rasionu ən azdır – cəmi 800 kalori.

Lan Quixua

– Çin, Siçuandan olan fermerin dul xanımı. Onun 68 yaşı var, boyu 160 sm, çəkisi 54 kq-dır. Gündəlik kalori qəbulu 1900 təşkil edir.

Osvaldo Quterrez

– Venesuelalı neft işçisi. 52 yaşı var, boyu 170 sm, çəkisi 99 kq-dır. Gündəlik rasionu 6000 kalori təşkil edir. Brus Hopkins – Sidneydə, Bondi çimərliyində xilasedici. 35 yaşı var, boyu 183 sm, çəkisi 81 kq-dır. Onun yeməklərinin kaloriliyi 3700 təşkil edir. O az yeməyə, fast food-dan uzaq durmağa və az içməyə çalışır.

Villi İshutulak

– Kanada, İkaluitadan olan eskimos və peşəkar daşyonan usta. 29 yaşı var, boyu 175 sm, çəkisi 64 kq-dır. Gündəlik rasionu 4700 kalori təşkil edir.

Oskar Xiqares

– peşəkar ispan matador. 34 yaşı var, boyu 188 sm, çəkisi 79 kq-dır. Gündəlik rasionu 4200 kalori təşkil edir.