Bakıda qətl törətməkdə şübhəli bilinən şəxs həbs edilib

9 Sentyabr 2015 12:30 (UTC+04:00)

Bakı şəhərində qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs tutulub.

Movqe.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də saat 01:55 radələrində Əmircan qəsəbə sakini, 1986-cı il təvəllüdlü Rövşən Məhsumova bıçaqla ağır bədən xəsarəti yetirərək öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Kamran Rəhimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.