Kürdəmirdə 4 yaşlı uşaq qətlə yetirilib

9 Sentyabr 2015 12:55 (UTC+04:00)

Kürdəmir rayonunda dəhşətli qətl törədilib.

Movqe.az xəbər verir ki, Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb. Kənd sakini, 2011-ci il təvəllüdlü İzzət Babayevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Hadisənin hansı şəraitdə və kimin tərəfindən törədilməsi hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.