Azərbaycan Dövlət Neft Akademiyasının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

3 Sentyabr 2015 13:38 (UTC+04:00)

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti