Azərbaycanlı zəvvarların son qrupları Həccə sentyabrın 15-də yola salınacaq

9 Sentyabr 2015 14:06 (UTC+04:00)

Azərbaycandan Həcc ziyarətinə yola düşəcək zəvvarlar artıq qruplara bölünüb.


Movqe.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ)  verilən məlumata görə, ziyarət üçün uçuşlar sentyabrın 11-də başlayacaq və son uçuş sentyabrın 15-də gerçəkləşəcək. Uçuşların ilk və son günündə yalnız "VİP zəvvarlar" üçün ayrılmış təyyarələr uçacaq.

Zəvvarlar 50 qrupa bölünüblər və hər qrup 45-50 zəvvardan ibarətdir. Uçuşlar qruplar üzrə olacaq.

Qeyd edək ki, artıq Həcc ziyarətinə sənəd qəbulu başa çatıb. Bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və yerlər dolub.