Bakıda avtomobil 29 yaşlı oğlanı vuraraq öldürüb

9 Sentyabr 2015 14:33 (UTC+04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Movqe.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə "Kamsomol" dairəsində qeydə alınıb. Ramana qəsəbə sakini Emin Əsgərov idarə etdiyi "Mercedes" markalı 10 DH 040 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, Bərdə rayon sakini, 1986-cı il təvəllüdlü Əzimov Məhəmməd Arzuman oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.