Təhsil Nazirliyi qarşısında keçirilmiş razılaşdırılmamış aksiyanın təşkilatçılarının kimliyi açıqlanıb
8 Oktyabr 2012 14:00 (UTC+04:00)
Onların əksəriyyəti Suriyada təhsil
alıblar
Bakı. Hafiz Heydərov - APA. Oktyabr 5-də Təhsil
Nazirliyi qarşısında keçirilmiş razılaşdırılmamış aksiyada
tutulanlardan 4-ü Maştağa sakinidir. Bu barədə APA-ya Sabunçu
Rayon Polis İdarəsindən bildirilib.
Saxlanılan Maştağa sakinləri – Fuad Bakir oğlu
Manafov, Ceyhun Ağalətif oğlu Rəşidov, Seymur Tərlan oğlu Aslanov
və Mirzəağa Ağarəfi oğlu Rəşidovdur. Adıçəkilən şəxslərin oktyabrın
5-də Təhsil Nazirliyi qarşısında keçirilən qanunsuz aksiyanın
təşkilatçılarından olduğu bildirilir. Məlumata görə, həmin şəxslər
Suriyada dini təhsil alıblar və radikal dini təriqətin
üzvüdürlər.
Qeyd edək ki, oktyabrın 5-də ümumi sayı 200
nəfərədək olan radikal yönümlü dindar müxtəlif istiqamətlərdən
Təhsil Nazirliyinin qarşısında toplaşaraq razılaşdırılmamış aksiya
keçirməyə cəhd göstərib.
"İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin
dayandırılması barədə polisin xəbərdarlığına baxmayaraq, qanunsuz
aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdiriblər.
Onların cəmiyyətə acıqca hörmətsizlik ifadə edən, habelə özgənin
əmlakının məhv edilməsi ilə müşayiət olunan aqressiv hərəkətləri
nəticəsində nəqliyyatın hərəkəti təxminən 40 dəqiqə ərzində
pozulub, vətəndaşlara məxsus onlarla avtomobilə ziyan
vurulub.
Xidməti vəzifələrini yerinə yetirən hakimiyyət
nümayəndələrinin qanunsuzluqlara son qoyulması barədə təkrar
xəbərdarlığına və tələbinə məhəl qoymayan aksiya iştirakçıları
qabaqcadan hazırlanmış silah qismində istifadə etdikləri ucu
mismarlı taxta parçaları və dəyənəklər ilə onlara qarşı həyat və
sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət
göstəriblər. Nəticədə 20 polis əməkdaşına müxtəlif dərəcəli bədən
xəsarətləri yetirilib.
Asayişi mühafizə qüvvələrinin gördüyü qətiyyətli
tədbirlərlə ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan
hərəkətlərin qarşısı alınaraq 65 nəfər
saxlanılıb.
Faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət
nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və
233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə
cinayət işi başlanıb. İstintaqın tam və hərtərəfli aparılması üçün
prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət
istintaq-əməliyyat qrupu yaradılıb.
Hazırda təxirəsalınmaz istintaq hərəkətləri və
əməliyyat-axtarış tədbirləri davam etdirili