AXCP qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

9 Sentyabr 2015 14:47 (UTC+04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 27-nə təyin etdiyi qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

Movqe.az xəbər verir ki, bu barədə AXCP sədrinin köməkçisi Faiq Əmirov məlumat verib.

O, bildirib ki, BŞİH-dən qurultayın keçirilməsi üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evi istənilib. Onun sözlərinə görə, qurultayda 800-ə yaxın qurultay nümayəndəsi iştirak edəcək.