Azərbaycanlı Çarli Çaplinin səhnədə çıxışı zamanı görün nə baş verdi-Video

9 Sentyabr 2015 15:25 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-da məşhur "America’s Got Talent" müsabiqəsində uğurla iştirakını davam etdirən həmyerlimiz Üzeyir Novruzov canlı efir zamanı səhnədə yıxılıb.

O, yarımfinal mərhələsində pilləkənlə olan nömrəni nümayiş etdirmək istəyib və ən mühüm məqamda büdrəyərək yıxılıb.

Qeyd edək ki, Üzeyir Novruzov Rusiyada azərbaycanlı ailədə dünyaya göz açıb. Musiqi təhsili alan Üzeyir aktyorluğu, akrobatlığı, aşpazlığı da bacarır. Akrobatik istedadı 1995-ci ildə Moskvada kəşf olunan Ü.Novruzov 2002-ci ildən ABŞ-da yaşayır.


Həmin kadrları sizə təqdim edirik: