“Sınıq Körpü” gömrük keçid məntəqəsində sıxlıq yaranıb

9 Sentyabr 2015 15:43 (UTC+04:00)

Sıxlığa Gürcüstan tərəfdə yerləşən gömrük keçid məntəqəsində yaranan texniki nasazlıq səbəb olub


Bu gün səhər saatlarından etibarən Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük keçid məntəqəsində sıxlıq yaranıb.

Movqe.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən verilən məlumata görə, sıxlığa Gürcüstan tərəfdə yerləşən gömrük keçid məntəqəsində yaranan texniki nasazlıq səbəb olub. Buna görə, səhər saatlarından etibarən, avtonəqliyyat vasitələrinin və sərnişinlərin sərhəddən keçidində müəyyən problemlər yaranıb.

Gürcüstan tərəfində artıq problem aradan qaldırılıb və gömrük keçid məntəqəsinin fəaliyyəti bərpa edilib.