Qadın kameraman qaçqına badalaq atdı-Video

9 Sentyabr 2015 14:28 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Macarıstanda polisdən qaçan qaçqınları çəkən operatorun etdiyi hərəkət ürəkləri ağrıdıb.

Polislərin tutub yenidən düşərgəyə götürmək istədiyi minlərlə qaçan qaçqını çəkən qadın kameraman, sırf daha yaxşı görüntü çəkə bilmək üçün qucağında uşağı olan bir qaçqına badalaq atdı. Kameramanın ayağına ilişən qaçqın isə uşağıyla birlikdə yerə yıxıldı.

Macarıstanda fəaliyyət göstərən N1TV üçün çalışdığı bildirilən qadının hadisənin görüntülərinin yayılmasından sonra işinə son verildiyi bildirilib.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə